20-ci Partiya qurultayından sonra Komsomol qanadının ağır məğlubiyyəti bir çox keçmiş komsomolçunu siyasi karyerasını davam etdirməsi səbəbilə Hərbi Klanın düşərgəsinə keçməyə məcbur etdi. Bunlardan biri də Vitse Prezident və Şanxay komsomolunun təmsilçisi Xan Cjen oldu. Xan xüsusilə Londonun biznes elitası və Wall Street ilə münasibətlərə malikdir.
Ayrıca Trumpın andiçməsində media maqnatı yəhudi Murdoch ilə bərabər zalda əyləşmişdi. Bu bir növ Trump və arxasındakı ABŞ Hərbi Sənayə Kompleksi və Şanxayçıların arasındakı münasibətlərin yeni dövrü üçün simvolik idi. Trumpın qarşılanması bunu bir daha sübut edir. Hər nə qədər Si Cinpinin parçası olduğu Hərbi Aristokratiyanın(şərti olaraq Şensi Klanı) hökümətində yer alsa da, Qərb ilə münasibətlər Xan Cjen timsalında əsas prioritet olaraq qalmaqdadır.
Şanxayın digər fiquru isə yaponşünas XİN Naziri Van İ-dir. Van xüsusilə Asiya və başda Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. İran, Pakistan, Rusiya və Yaponiya siyasətinin kurasiyası məhz ona aiddir. Görünür Şanxayçıların özündə də artıq iki fraksiya formalaşıb. Klan Xan ilə Qərb (ABŞ- Aİ) və Şərq (Asiya) ilə yaxınlığı hədəfləyən Van timsalında iki qrupa ayrılıb. Qurultay öncəsi Çin elitasındakı bu bölünmə Si-yə qarşı təzyiqləri artıra bilər. 2027-də baş tutacaq növbəti 21-ci Partiya qurultayında həm yeni xarici siyasətlə yanaşı hərbi, iqtisadi kurs, həm də Varis məsələsi gündəmin əsas mövzusu olacaq.
Pərviz Əliyev
visiontv.az