Milli fəalın həbs cəzası təsdiqləndi
13.12.2025

İran Ali Məhkəməsi Urmu şəhərindən olan milli fəal Əta Kəriminin 2 illik həbs cəzası barədə ilkin məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, 2015-ci ildə Urmu gölü və bölgədə baş verən ekoloji problemlərə görə keçirilən etiraz aksiyasında başqa bir neçə ətraf mühit fəalı ilə birlikdə həbs edilmiş, bir müddət sonra sərbəst buraxılmışdı.

Bundan əvvəl Əta Kəriminin barəsində çıxarılan hökm ləğv edilsə də, Qərbi Azərbaycan əyalətinin prokurorluğunun etirazı nəticəsində işə yenidən baxılaraq 10 ildən sonra Kərimi barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, qeyd olunan tarixdə Əta Kərimi ilə yanaşı Qulam Əzizi, Sina Hüseyni və Əli Əzizi adlı ətraf mühit fəalları da saxlanılmışdılar.

visiontv.az