Mətbuatın yerini ən dəqiq və qeyri-adi bir həssaslıqla dəyərləndirən düşüncə Heydər Əliyevə məxsusdur
Mətbuatın yerini ən dəqiq və qeyri-adi bir həssaslıqla dəyərləndirən düşüncə Heydər Əliyevə məxsusdur
23.02.2023 Alqış Musayev Tərəfindən

“Mətbuat, informasiya bu gün müasir dünyanın canıdır”.

Mətbuat yaranandan bəri onun təyinatı, tarixi rolu, imkanları barədə müxtəlif fikirlər söylənilib.
Bir-birindən fərqli dəyərləndirmələr, istinad edilməyə, xatırlanmağa layiq onlarla, yüzlərlə belə mötəbər mənbələr, müəlliflər var. Yəqin ki, bundan sonra da proses davam etdikcə yeni, bir-birindən orijinal yanaşmaların şahidi olacağıq.
Amma məncə, müasir dövrümüzdə mətbuatın yerini ən dəqiq və qeyri-adi bir həssaslıqla dəyərləndirən düşüncə ulu öndərimiz Heydər Əliyevə məxsusdur.
1993-cü ildə iyunun 15-də Milli Məclisin sədri seçilən Heydər Əliyev növbəti iclasların birində belə bir bəyanat səsləndimişdi:
“Mətbuat, informasiya bu gün müasir dünyanın canıdır”.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu

visiontv.az