Sosial media üzərindən yazdığım qeydlər.
1990-cı illərin əvvəlləri AzTV-dən başlanan yolum hələ də fərqli telekanallarda davam edir. Getdikcə çətinləşər bu yolda da yəqin ki, həyatımı sona verəcəm. Çünki başqa yollarda özümü tapa bilmədim. Heç istəmədim də. 70 yaşlı ocağın bütün nümayəndələrini təbrik edirəm.
***
Ramiz Mehdiyevin xəyanəti illərdir ortadaydı. Bunu heç özü də gizlətmirdi. Yəni özünə, qurduğu sistemə və havadarlarına çox arxayın idi. Həm də adamın real gücü var idi. Amma dövlətin silahlı qüvvələr kimi etibarlı, güclü və peşəkar bir instrumentə sahib olması dəngələri dəyişdi. Bu instrument vasitəsilə həm xarici düşmənlər yox edildi, hə də daxildəki xain güclər sıradan çıxarıldı. Amma təmizlik hələ bütün sahələrdə davam etməli, kənar qüvvələr zərərsizləşdirilməli dövlət rıçaqları tam yerinə oturmalıdır.
***
Bir manatlıq taksidə evə gedirəm. İşıqforda maşın dayandı. Dilənçi sürücüyə yaxınlaşıb pul istədi. Sürücü də maaşa baxan adamam dedi. Dilənçi sürücüyə yazığı gələn səslə Allah köməyin olsun deyib arxadakı 150 minlik maşına doğru getdi. Bu epizoddan anladım bizim ranqlı, yəni maaşa baxan adamlara hətta dilənçilərin də yazığı gəlir.
Şöhrət El-Dəniz
visiontv.az