Mazandaranda 20 nəfərin əmlakı müsadirə olundu
11.05.2026

Yanvar etirazlarında iştirak etdiklərinə görə, İranın Mazandaran əyalətində 20 nəfərin əmlaklarının müsadirəsi barədə qərar verilib.

Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb.

Onlar "İran İslam Respublikasını devirmək üçün ABŞ və İsrail hökumətləri ilə əməkdaşlıq"da günahlandırıldıqları bildirilib.

Sari şəərinin prokurorluğunun sözlərinə görə, onlar "düşməənlə əməkdaşlıq", "düşmən şəbəkələrlə əlaqə" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar.

Onların kimliyi barədə məlumat verilməyib.

visiontv.az