İranın Kərəc şəhərində yerləşən və “Yaxın Şərqin ən hündür körpüsü” kimi tanınan B1 körpüsünün yenidənqurulmasına başlanılıb.
Nəqliyyatın İnkişafı və Tikinti Şirkətinin baş direktoru bildirib ki, ABŞ və İsrailin hücumu nəticəsində dağıdılan körpünün bərpasının birinci mərhələsi çərçivəsində dağıntıların təmizlənməsi işləri həyata keçirilir və bu prosesin təxminən bir həftə davam edəcəyi gözlənilir.
Onun sözlərinə görə, körpünün yenidən qurulması bir ildən az vaxt aparacaq. Məlumata əsasən, layihənin dəyəri təxminən 3,7 trilyon tümən (61,7 milyon dollar) olaraq dəyərləndirilir.
Qeyd edək ki, aprelin 2-də Kərəc şəhərində B1 körpüsü hücuma məruz qalıb.
visiontv.az
Ərdoğan Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razı olmayıb.
Avropalılar Ukraynaya hərbi yardım məsələsinə ABŞ-dan bir yarım dəfə çox sərmayə qoyurlar