Makron radkal tənqidi mövqedən geri çəkilir: Azərbaycana təzyiq metodu nəticə vermədi
Makron radkal tənqidi mövqedən geri çəkilir: Azərbaycana təzyiq metodu nəticə vermədi
26.12.2022 İbrahim Məmmədov Tərəfindən

Politoloq İbrahim Məmmədov təqdim edir: "Həftəyə Baxış"

- Çin Orta Dəhlizin daxil olduğu “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Sədr Si Cinpin Prezident İlham Əliyevə: "Sizinlə birlikdə çalışmağa hazıram".

– FRANSA TƏRƏFSİZ OLMAĞA ÇALIŞIR?

- E.Makron "Wall street journal"a verdiyi müsahibədə yenidən danışıqlar masasına qayıtmaq üçün Azərbaycana tərəfsiz və qərəzsiz olduğunu, Ermənistanla yanaşı, həm də Azərbaycanın da təhlükəsizliyi haqda qayğılandığını nümayiş etdirməyə çalışır. Bu, artıq oktyabrdakı radkal tənqidi mövqedən geri çəkilməkdir.

- Azərbaycana təzyiq metodu nəticə vermədi.

- E.Makron Azərbaycan Prezidentinin Gürcüstan səfəri zamanı təklif etdiyi Cənubi Qafqaz birliyinə dair konsepsiyanın tərəfdarı kimi çıxış edir. Azərbaycan Prezidentinin təqribən iki ay əvvəl təklif etdiyi ideya da elə 3 Cənubi Qafqaz ölkəsinin birgə təhlükəsizlik arxitekturası deməkdir.

– SİYASİ TARİXİMİZDƏ YENİ SƏHİFƏ: AZƏRBAYCAN-BALKANLAR

- A.Vuçiç Prezident İlham Əliyevin yaxın gələcək haqda strateji baxışlarını, dəyərləndirmə və planlarına şərikdir.

- ERMƏNİSTAN-RUSİYA: HƏRBİ VƏ SİYASİ MÜTTƏFİQLİYİN SINMA ANI

- Vaşinqton ABŞ və Aİ-nın vasitəçiliyi ilə aparılmış danışıqlara eyni kontekstdə, vahid siyasət paketində baxır.

- Ağ Evin məlumatda “saziş üzərində işləmək” deyil, “sülh sazişini yekunlaşdırmaq” ifadəsi işlənir;

- Nə Ceyk Sallivan, nə də C.Borrel Laçın dəhlizində hərəkətin məhdudlaşdırılması dedikdə, bunun səbəbkarı kimi Azərbaycanı göstərməyiblər.

- Laçın dəhlizinin bağlanması Azərbaycanın mülki hakimiyyət orqanlarının ekoloji situasiya ilə bağlı vəziyyəti yoxlamasının qarşısını alır. Odur ki, Azərbaycan yolun bağlanmasında deyil, açılmasında maraqlıdır. Əksinə, Laçın dəhlizinin açılması və Azərbaycanın mülki hakimiyyət orqanlarının ekoloji vəziyyəti araşdırması və Xankəndinin erməni icması ilə Azərbaycanın hakimiyyət orqanlarının ünsiyyətinin yaranması R.Vartanyanın və regionda sülhü istəməyən, buna görə də revanşistlərə dəstək verən qüvvələrin sonu deməkdir.

- R.Vardanyanın bütün istiqamətlərdə yolları bağlandı və ətrafında həlqə tam daraldı. O, rəsmi Bakı tərəfindən nəinki qəbul olunmur, hətta cinayətkar element sayılır. Ermənistanın indiki hökuməti onu müxalifətin sponsoru kimi rəqib hesab edir. Nəhayət, Xankəndində onu “yalançı lider” hesab edirlər və tapşırıqlarını yerinə yetirmirlər.

- Artıq R.Vardanyan və Laçın dəhlizindəki hadisələr özünün KULMİNASİYA nöqtəsinə çatıb. Dram əsərlərində bundan sonra düyünlərin açılması mərhələsi gəlir. Gözləmək olar ki, növbəti mərhələ məhz düyünlərin çözülməsi mərhələsi olacaq.

- Rusiya-Ukrayna savaşı uzanacaq. Patriot HHM Ukraynanın müqavimətini güclənditrəcək, amma müharibənin taleyini həll etməyəcək.

 

visiontv.az