Kremldə böyük ürək ağrısıyla "geosiyasi fəlakət" adlandırdıqları olayın, yəni SSRİ-nin çöküşünün necə baş verdiyini görünür unudublar.
Qorbaçovun antitürk, antimüsəlman siyasəti yeritməsi, Kunayevi çıxarıb Qazaxıstana rus millətindən olan birini rəhbər təyin etməsi, Özbəkistanda alçaldıcı yoxlamalar apartdırması, ən əsası Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək istəməsindən sonra nə olmalı idisə o da oldu. Kreml indi də Rusiyada öz vətəndaşları sayılan qafqazlılara, türk və müsəlmanlara qarşı ayrı-seçkilik etməkdə, onları gözümçıxdıya salmaqda, haqq və hüquqlarını köntöycəsinə tapdamaqdadır. Nəticəsiz qalmayacaq!
İlk növbədə Azərbaycan dövlətimizə və soydaşlarımıza qarşı edilən haqsızlıqları cavabsız qoymayacaq, necəki qoymur.
Burada onu da xatırladım ki, rusiyalı strateqlər Qafqazın indi onlarda olan hissəsində mövqelərini bizim region üzərində təsirlərinin müəyyənləşdirdiyi fikrindədirlər və məncə, yanılmırlar. Rusiyadakılar onu da gözəl bilirlər ki, Azərbaycan Güney Qafqazın lider ölkəsi olmaqla yanaşı Quzey Qafqazda da sabitliyin və əmin-amanlığın təminində ora investisiya qoymaq, yeni iş yerləri açmaqla böyük rol oynayıb. İndən sonra da eyni siyasət yeridiləcəkmi?
Millət vəkili Sahib Alıyev
visiontv.az