Kipr prezidenti Akrotiridəki Britaniya bazasına hücum faktını təsdiqlədi
02.03.2026

Kipr Respublikasının rəhbəri Nikos Xristodulides ötən gecə adadakı "Akrotiri" Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı vasitəsilə hücum edildiyini təsdiqləyib.

Visiontv.az  Oxu.Az- a istinadən xəbər verir ki,  Xristodulides bu barədə xalqa ünvanladığı müraciət zamanı danışıb.

Prezident çıxışında qeyd edib:

"Son baş verənləri nəzərə alaraq, ötən gecəki hadisə ilə bağlı sizi məlumatlandırmaq üçün birbaşa müraciət etməyi zəruri hesab etdim. Gecə saat 00:03-də (Bakı vaxtı ilə 02:03 - red.) "Shahed" tipli pilotsuz uçuş aparatı Akrotiridə yerləşən Britaniya bazalarındakı hərbi infrastruktura zərbə endirib və nəticədə cüzi maddi ziyan dəyib".

Xristodulides vurğulayıb ki, insidentdən dərhal sonra ölkənin bütün aidiyyəti qurumları yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Vəziyyətin qiymətləndirilməsi məqsədilə dərhal Milli Təhlükəsizlik Şurasının iclasını çağırdım və hazırda məsləhətləşmələr davam edir. Bununla yanaşı, baş verənlərlə əlaqədar Avropa liderləri və digər dövlət başçıları ilə mütəmadi təmasdayam", - deyə o, fikirlərini tamamlayıb.

visiontv.az