Almaniya İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.
Visiontv.az APA -ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohann Vadeful deyib.
“Federal hökumətin münaqişədə iştirak etmək kimi bir niyyəti yoxdur. Üstəlik, bizim lazımi hərbi resursumuz yoxdur. Lakin, hərbçilərimiz hücuma mərzu qalsalar, özlərini müdafiə edə bilərlər”,- nazir bildirib.
visiontv.az