Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi sosial mediada yayılan “Türkiyədə yerləşən Amerika hərbi bazasının vurulduğu” iddialarına münasibət bildirib.
APA-nın məlumatına görə, qeyd olunub ki, Türkiyədə heç bir ölkəyə məxsus hərbi baza mövcud deyil və ölkəyə qarşı hər hansı hücum qeydə alınmayıb.
“Türkiyədə heç bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz əraziləri, eləcə də hərbi obyektləri tam suverenlik və nəzarət altındadır. Ölkəmizə qarşı hər hansı hücum qeydə alınmayıb. Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq dezinformasiya xarakteri daşıyır.
Türkiyənin müdafiə və təhlükəsizlik qurumları prosesləri anlıq izləyir və nəzarətdə saxlayır. İctimaiyyətə yalan məlumatlara etibar etməmək və yalnız rəsmi açıqlamalara istinad etmək tövsiyə olunur”, – Türkiyə PA-dan bildiirlib.
visiontv.az