BƏƏ ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
02.03.2026

BƏƏ regional münaqişə fonunda ölkədə ilişib qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq.

Visiontv.az  “Time Out Dubai”a istinadən xəbər verir ki, BƏƏ hava sahəsinin müvəqqəti bağlanması səbəbindən, bütün daxili və xarici uçuşlar ləğv edilib.
BƏƏ-nin  Ümumi Mülki  Aviasiya İdarəsi ölkəsinə qayıda bilməyən bütün turistlərin yaşayış xərclərinin dövlət hesabına ödəniləcəyini bildirib.

Qeyd edək ki, hazırda BƏƏ-də regional münaqişə fonunda ilişib qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var. Onların xərclərini də BƏƏ hökuməti qarşılayacaq.

visiontv.az