İrana hücum regional münaqişədən kənara çıxa bilər
02.03.2026

İrana qarşı genişmiqyaslı hücum regional münaqişədən kənara çıxa və geosiyasi, iqtisadi və hətta texnoloji tənlikləri dəyişdirə bilər.

Bu barədə İsrailin "Ynet" saytında dərc olunan təhlidə xəbərdarlıq edilib. 

Sayt, "İran kəpənək effekti" adlandırdığı hadisənin başqa bölgələrə yayılmaq ehtimalının olduğunu bildirib.

İranın ideoloji şüarlarına və regional qarşıdurmanın xərclərinə istinad edən təhlildə İranda daxili narazılıq və eyni zamanda iqtisadi, ekoloji və təhlükəsizlik böhranları qeyd olunub. 

"Ynet" ABŞ ilə İslam Respublikası arasında əvvəlki dörd böyük qarşıdurmanı nəzərdən keçirib və mövcud ssenarinin rejimin yaşaması üçün birbaşa təhdid olduğunu vurğulayıb.

Təhlildə, Vaşinqtondakı fikir ayrılıqlarına və Donald Trampın razılaşma əldə etmək istəyinə toxunulsa da, hər hansı bir hərbi əməliyyatın gözlənilməz və qlobal nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

visiontv.az