BMT nümayəndəsi İranda vəkillərin həbsinə görə bəyanat yaydı
02.03.2026

İranda vəkillər sadəcə etiraz aksiyalarında iştirak edən şəxsləri müdafiə etdikləri üçün təqib olunur, saxlanılır və onları təmsil etmək hüququndan məhrum edilirlər.

Bunu BMT-nin İranda İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi May Sato deyib.

O, İran hökumətini hüquq müdafiəçilərinə qarşı repressiya və təzyiqlərə son qoymağa, müstəqil fəaliyyətlərinə mane olmamağa çağırıb.

Sato, bu bəyanatı İranda 5-i qadın olmaqla 16 vəkilin həbs edilməsinə görə səsləndirib.

Qeyd edək ki, etiraz aksiyalarında həbs edilən etirazçıları müdafiə etdiklərinə görə saxlanılan vəkillərin ittihamları barədə məlumat verilmir.

visiontv.az