Kimdir Faşist?
Kimdir Faşist?
03.03.2022 Müşfiq Məmmədov Tərəfindən

Bəzən, bu günkü Rusiyanın, Sovet İttifaqının və böyük Rus imperiyasının siyasi davamçısı olmadığını, Putin rejiminin özündən əvvəlkilərin siyəsətini davam etdirmədiyi kimi absurd fikirlərə rast gəlirəm. Əslində heç nə dəyişməyib.

Rusiya bu gün Ukraynanı faşizmdə və milliyətçilikdə itttiham edir. Bəs, milliyyətçilik və faşizmlə bağlı Rusiya da vəziyyət necedir? Kiçik bir analiz edək.

19-cu əsrin sonlarında Rusiya ərazsində 240-dan çox etnik qrup yaşamışdır. Bunların böyük əksəriyyəti Sibirin və cənubi Rusiyanın yerli əhalisi idi. Hansı ki, Rus işğalına qədər aborigen xalqlar sayılırdı. Rusiya tərəfindən aparılan işğal edilmiş torpaqların yerli əhalidən təmizlənmə və etnik rusların yerləşdirməsi siyəsəti nəticəsində günümüzdə bu say 190-a düşmüşdür.

Bu xalqlar necə olduki tarix səhnəsindən silindi?

Tarixdə Rusiya imperiyasının əkinə yararlı torpaqların yerli əhalinin əlindən alınaraq gəlmə ruslara paylanılması nümunələri çoxdur.  Azərbaycan  bu siyasətdən böyük ölçüdə öz nəsibini almışdır. Bundan əlavə xalqların kütləvi şəkildə qətli, zəhərlənməsi və ya din və dillərini dəyişməyə məcbur buraxılması coxlu sayda azsaylı xalqların əriyərək öz kimliklərini itirməsi və günümüzdə qarşımızı belə acınacaqlı bir nəticəyə gətirib çıxarmışdır.

Rusiya Federasiyası Sovetlər zamanında imperiya içində ayrıca bir imperiya idi. 15 respublikadan əlavə olaraq Rusiya Federasiyasının  tərkibində onlarca dövlətçiliyini itirmiş xalqlar vardı.

Rusiyanın həyata keçirdiyi onlarca etnik təmizləmənin başında tatarlara, kazaxlara, ukraynalılar və çərkəzlərə edilən soyqırımlar ən vəhşətlisidir.

Tatarları fiziki olaraq dinini dəyişməyə məcbur edərək, aclıqla və ya assimilyasiya məruz qoyurdular.

Bu gün Kazaxıstana qarşı torpaq iddiasında olan  Rusiya unutmasın ki, 1917-ci ildə qurucusu Baytursunov tərəfindən elan edilmiş ilk Kazax Cümhuriyyəti olan “Alaş Orda”nın paytaxtı günümüzdəki Orenburq ( Orınbır) şəhəri olmuşdur. Dolayısı ilə, Putinin iddia etdiyi kimi Kazaxlar ruslardan torpaq almamış əksinə, Rusiya kazax dövlətinin paytaxtını işğal edərək öz ərazisinə qatmışdır.
Ukraynalıları məhşur “Qolodomor” la və sürgünlərlə məhv edərək ora mərkəzi Rusiyadan rus kəndlilər köçürdülər.

Bir zamanlar Şimali Qafqazın ən çox saylı xalqı olan çərkəzlərə isə divan tutuldu. Şeyx Şamilin başçılığı ilə aparılan qurtuluş savaşından sonra onları fiziki məhv etməklə yetmədilər, həm də imperiya ərazisindən qovdular. 2 milyona yaxın çərkəz ya öldürüldü ya da köç etdirildi. Bu səbəbdəndir ki, günümüzdə Türkiyə, İordaniya və Səudiyyə kimi ölkələr başda olmaqla Yaxın Şərqin hər bir ölkəsində çərkəz topluma rast gəlmək olar.

Putinə xatırlatmaq lazımdır ki,  bu gün Rusiyanın qürur duyduğu Krasnodar, Soçi və Anapa kimi şəhərlər, Xəzər dənizi ilə Qara dəniz arasında kı, torpaqlar soyqırımına uğramış çərkəzlərin ana yurdudur.

Bu yazılanlara vətənimiz Azərbaycan da daxil olmaqla, yüzlərlə nümunə əlavə etmək olar.

Post Sovet məkanında Rusiyadan başqa hansısa bir respublikada gizli olaraq dövlət tərəfindən dəstəklənən “skinhed” cərəyanının şahidi olmamışıq.

Bu sadaladıqlarım sadəcə çar Rusiyasının törətdiyi cinayətlər deyil və həm də onun davamı olan Sovet Rus imperiyasının törətdiyi cinayətlərdir.

Günümüzün Putin siyasəti də bunun davamıdır. Qarabağ, Dnester, Abxaziya Donetsk və digərləri bu siyasətin məntiqi davamıdır. Çünkü imperiyalist düşüncə bu ölkələri öz mal varlığı kimi görür.

Və Ukraynanı faşist elan edir...

Rusiyanın idarə sisteminə demokrat düşüncəli insanlar gəlməsə bu kiflənmiş siyasət dəyişməyəcək və bu coğrafiyaya sülh gəlməyəcəkdir. Çünkü, Rus imperialist kafası, bütün quruluşlarda eyni siyasəti davamlı şəkildə həyata keçirməyə məqsədlidir. Yuxarıda sadaladığımız faktlar bu davamlılığın bariz nümunəsidir.

Putin qonşuları ilə bərabər hüquqlu münasibətlər qurmağa çalışmalı və heç bir imperiyalist niyyətlərinin olmadığını sübut etməlidir.

Siyasi şərhçi Müşfiq Məmmədov

Visiontv.az