Keltlər dünya tarixində olduqca mühüm bir yer tuturlar. Kelt soylu krallar başda Offa olmaqla İslam aləmi ilə münasibətlərdə ön plana çıxıblar.
Şotlandiya və İrlandiya kelt olduqları üçün bu mövzuya xüsusi diqqət yetirmək istəyirəm. Keltlərin pagan rahibləri olan Druidlər daha miladi 7-ci əsrdə xristianlıq təzə-təzə İngiltərə torpaqlarında (Northumbria bölgəsi) yayılmağa başladığı zaman İslam aləminə maraq duymuş və Kral Offaya Kəliməyi Töhvid yazısı olan qızıl sikkə kəsdirməyi təklif etmişdilər. Bu sikkələr Abbasilər ilə ticarətdə istifadə olunurdu və dövlətlər arasında qarşılıqlı hörmətin işarəsi hesab edilirdi.
İngilis tarixində İslam təsiri 11-ci əsrdə də özünü göstərdi. Beləki, 2-ci Henrinin oğlu 1-ci Con taxta çıxdığı zaman (Magna Karta/Böyük Xartiyanı yazdıran kral) Papa 3-cü İnnoçento ilə arasında yaşanan konflikt səbəbi ilə İspaniyadakı xəlifə Nasirə 3 nəfərlik heyət göndərərək hərbi dəstək istəmiş və bunun müqabilində İslam dinini qəbul edəcəyini bildirmişdi. Lakin, siyasi məqsəd güdən bu təklif Xəlifə Nasir tərəfindən rədd edilsə də, göndərilən 3 nəfərdən biri (bu şəxs eyni zamanda məbəd cəngavəri/tampliyer idi) geri dönməyərək İslamı qəbul edir. Və kiminlə ailə həyatı qurur..? Məhşur dövlət adamı Səlahəddin Əyyubinin nəvəsi Həbibə ilə nigahlanaraq islami cəmiyyət olan İhvani Səfa təşkilatının hərbi qolunu yaradır. Bu cəmiyyətin köklərindən gələn 19-cu əsrdə yaşayan Abdullah Quillam İngiltərədə ilk dəfə Liverpul şəhərində 1889-cu ildə Liverpul Məscidinin açılışını etmişdi. Hətta Abdullah Quillam Osmanlıya səfər etmiş və Sultan 2-ci Əbdülhəmid tərəfindən də gizli olaraq Osmanlınln Britaniya adasındakı Şeyxülislam təyin edilir.
Pərviz Əliyev
visiontv.az