Kanada İslam Respublikasının 4 yüksək vəzifəli məmuruna repressiya və insan haqlarının pozulmasında iştirak etdiklərinə görə sanksiya tətbiq edib.
Bu haqda Kanada Xarici İşlər Nazirliyinin Bəyanatında bildirilib.
"Möhsün Kərimi, Əhməd Xadim Seyid-əl-Şühəda, Mustafa Mohebi və Həsən Axeriyan insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak etdiklərinə və repressiv siyasətlərin təşviq edilməsində və istiqamətləndirilməsində əhəmiyyətli rol oynadıqlarına görə sanksiyalara məruz qalıblar",- bəyanatda qeyd olunub.
15 dekabrda Kanadanın xarici işlər naziri Anita Anand tərəfindən imzalanmış və nazirliyin rəsmi saytında yerləşdirilən bəyanatda İslam Respublikası beynəlxalq insan haqları öhdəliklərini pozmaqda və etirazçıları yatırmaq üçün həddindən artıq ölümcül gücdən istifadə etməkdə ittiham olunub və İranda etirazların və müxalifətçiliyin yatırılmasının davam etdiyinə diqqət çəkilib:
Qeyd edək ki, Kanada 2022-ci ilin oktyabr ayından bəri insan haqlarının pozulmasında məsul olan İran rəsmilərinə və qurumlarına qarşı 18 sanksiya tətbiq edib və 210-dan çox İran vətəndaşına və 254 İran qurumuna sanksiya tətbiq edib.
Bundan əlavə, Kanada Xarici İşlər Nazirliyi ölkənin BMT Baş Assambleyasına insan haqlarının pozulmasına görə İslam Respublikasına qarşı qətnamə təqdim etməkdə həlledici rolunu vurğulayaraq yazıb:
“Kanada İranın xalqının insan haqlarına davamlı etinasızlığını vurğulamaqdan və bu tendensiyanı dəyişdirmək üçün çalışmaqdan çəkinməyəcək”.
Kanada 2003-cü ildən bəri İranda insan haqları vəziyyəti ilə bağlı BMT Baş Assambleyasının illik qətnaməsinə rəhbərlik edir. 2012-ci ildə ölkə İslam Respublikasını “terrorizmin dövlət sponsoru” elan etdi və 19 iyun 2023-cü ildə İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb.
visiontv.az