İranda yeni lider “bir-iki gün ərzində” seçilə bilər
03.03.2026

BBC-nin son məlumatına görə İran yeni və son dərəcə kritik mərhələyə daxil olub. Ali dini liderin öldürülməsindən sonra ölkədə müvəqqəti rəhbərlik şurası formalaşdırılıb və İranın xarici işlər naziri bildirib ki, yeni lider “bir-iki gün ərzində” seçilə bilər.

ABŞ prezidenti Donald Tramp əməliyyatların “qrafikdən qabaqda getdiyini” deyib...

Əsas sual isə budur: İranın növbəti ali lideri kim olacaq?

Beynəlxalq analitik dairələrdə hallanan əsas adlar bunlardır:

– Müctəba Xamenei – mərhum liderin oğlu. Təhlükəsizlik strukturlarına yaxınlığı və SEPAH-la əlaqələri səbəbilə real namizəd kimi göstərilir.

– Sadiq Laricani – keçmiş məhkəmə hakimiyyəti rəhbəri, sistem daxilində ciddi təcrübəyə malik fiqur.

– Əlireza Ərafi – Qum dini hövzəsinin nüfuzlu ayətullahlarından biri. Keçid və kompromis namizəd kimi müzakirə olunur.

– Digər yüksək rütbəli ruhanilər və Ekspertlər Məclisinin üzvləri – sistem daxilində konsensus fiquru axtarışı mümkündür.

İndi diqqət iki mərkəzdədir: SEPAH və dini establishment. Əgər təhlükəsizlik strukturları vahid mövqe nümayiş etdirərsə, sistem sürətli tranzitlə özünü qorumağa çalışacaq. Əgər daxildə parçalanma baş verərsə, İran daha dərin qeyri-müəyyənlik mərhələsinə girə bilər.

BBC-nin müxbiri yazır ki, İran daxilində insanlar eyni anda həm narahat, həm də qəribə şəkildə ümidli görünür. Bəziləri küçəyə çıxmağa hazır olduqlarını deyir. Lakin ilin əvvəlində minlərlə etirazçının öldürüldüyü bir fonda anti-hökumət hərəkatının yenidən güclənib-güclənməyəcəyini demək hələ tezdir.

İran üçün qarşıdakı 48 saat təkcə lider seçimi deyil. Bu, sistemin davamlılığı, regionun sabitliyi və Yaxın Şərqin güc balansı üçün dönüş nöqtəsidir.

Elbəyi Həsənli

visiontv.az