İranda əkinçilər üçün çətin il keçib: “Su problemindən istehsal xərclərinin artmasına qədər”
15.03.2025

Son günlər İsfahan əyalətinin şərqində əkinçilər su kvotasını almadıqları üçün traktorları ilə etiraz aksiyası keçiriblər.

Statistik rəqəmlər göstərir ki, bu il yağıntıların səviyyəsi kəskin azalıb və bu, İranda 40 illik səriştəsiz su idarəçiliyinin təsirlərini qabardır. Bildirilib ki, su çatışmazlığı böhranı yalnız İsfahanda deyil, ölkənin digər əyalətlərində də yaşanır.

Qeyd olunub ki, növbəti aylarda ölkədə enerji və su qıtlığı böhranı, inflyasiya səbəbindən istehsal xərclərinin artması və hökumətin fermerlərə dəstək verməməsi nəzərə alınaraq, bu il İran üçün çətin olacaq.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8