İranda davam edən hava çirkliliyi böhranı səbəbindən məktəblər bağlanıb
07.12.2025

Tehran, Kərəc, Ərak, İsfahan, Məşhəd, Urmiya və Əhvaz kimi yeddi sənaye şəhərində hava çirkliliyi indeksi 6 və 7 dekabrda "bütün qruplar üçün qeyri-sağlam" elan edilib.

Bu barədə metorologiya idarəsi məlumat yayıb.

Tehran əyalətindəki İslamşəhr, Bağerşəhr, Baharestan və Şəhriyar da daxil olmaqla bir neçə şəhərdə hava çirkliliyinin səviyyəsi daha kritik hesab edilir.

Bu səbəbdən əyalətdə bir sıra məktəblər məktəblər bağlı elan edilib.

Bundan başqa, Xuzistan, Lorestan, İlam, Qəzvin, Gülüstan, Çaharmahal-Bəxtiyari, Hörmüzgan və İsfahan əyalətlərində də məktəblər və universitetlər şənbə və bazar günləri (bəzi ərazilərdə isə bazar ertəsinə qədər) bağlı elan edilib.

visiontv.az