İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib ki, Tehran zənginləşdirilmiş uranın bir qramını belə ölkədən çıxarmaq niyyətində deyil.
Onun sözlərinə görə, Tehran Rusiyadakı tərəfdaşlarına nüvə ehtiyatlarının İranda qalacağını və ölkənin ondan öz ehtiyacları üçün istifadə edəcəyini çatdırıb.
Rzayi zənginləşdirilmiş urana ehtiyacın səbəbini nüvə reaktorları ilə işləyən gəmi və sualtı qayıqların layihələndirilməsi ilə izah edib. O, eləcə də Yaxın Şərqdə, xüsusilə Livanda bütün cəbhələrdə müharibənin dayandırılmasını İranın əsas şərtlərindən biri kimi təqdim edib.
İran rəsmisi ABŞ-nin yeni hücumlara əl atacağı təqdirdə, hətta ölkədən ən uzaqda yerləşən Amerika hərbi bazalarına qarşı da cavab zərbələri endirəcəkləri barədə xəbərdarlığını təkrarlayıb.
visiontv.az