Sistan və Bəlucistanda mina partladı: Ölən var
11.11.2026

İranın Sistan və Bəlucistan əyalətinin Əfqanistanla sərhəd Gülşən rayonunda bir nəfər minaya düşüb.

Bu haqda yerli mmənbələr məlumat yayıb.

SEPAH-ın qaçaqmalçılara və qanunsuz miqrantlara qarşı quraşdırdığı bildirilən minanın partlaması nəticəsində Qadirbəxş Siyahani adlı şəxs həlak olub.

Onun heyvandarlıqla məşğul olduğu və hadisə baş verən zaman Kaşuk kəndi yaxınlığındakı ərazidə mal-qara otardığı bildirilib.

visiontv.az