İran və Ermənistan arasında səkkiz sahədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hərtərəfli birgə sənəd imzalanıb. Tərəflər, eləcə də Nurduz sərhəd-keçid məntəqəsinin infrastrukturunu və nəqliyyat imkanlarını inkişaf etdirərək onu nümunəvi sərhəd məntəqəsinə çevirmək barədə razılığa gəliblər.
Bu barədə İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri Seyid Həmid Purməhəmmədi iki ölkə arasında keçirilən 19-cu Birgə Əməkdaşlıq Komissiyasının nəticələrini şərh edərkən məlumat verib.
Onun sözlərinə görə, komissiyanın iclaslarında infrastruktur, enerji, ticarət, sənaye, mədənçilik, kənd təsərrüfatı, ətraf mühit və qonşu əyalətlər arasında əməkdaşlıq istiqamətləri üzrə səkkiz ixtisaslaşmış İşçi Qrupu fəaliyyət göstərib.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan da birgə komissiyanın gündəliyindəki məsələlərin geniş müzakirə edildiyini söyləyib.
visiontv.az