İraq rəsmiləri ABŞ-ın İran aviaşirkətlərinə qarşı sanksiyalarının pozulması narahatlığı səbəbindən İran milli futbol komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib.
Reuters-in məlumatına görə, təyyarə Abadana qayıdıb, komanda üzvləri isə Şələmçə sərhəd-keçid məntəqəsindən quru yolu ilə İraqa daxil olublar.
İran millisi İraq, Livan və Fələstin komandalarının iştirakı ilə keçiriləcək dördtərəfli turnirdə iştirak etmək üçün Bəsrəyə yollanıb.
Turnir noyabrın 13-də başlayacaq, İran şənbə Fələstinlə qarşılaşacaq.
visiontv.az