Bu haqda "Azad Avropa" radiosu Taliban rəsmilərinə istinadən məlumat yayıb.
"Taliban hökuməti buna görə əfqanistanlıların etirazlarının artdığını bildirib, İran hökumətindən məsələnin dəqiq araşdırılmasını tələb edib",- məlumata deyilib.
Qeyd edək ki, ötən həftə Taliban hökumətinin Fərah əyalətindəki mərkəzi komandanlığının sözçüsü Nəsim Bədri, İran sərhədçilərinin həftə ərzində 12 əfqanistanlını öldürdüyünü, 2 nəfərin isə itkin düşdüyünü bildirib.
visiontv.az