İran hakimiyyətinin yanvar etirazlarını zorakılıqla yatırmasından sonra ölkədə repressiyaların yeni mərhələsinin davam etməkdədir. İslam Respublikasının etirazçılara münasibətini açıq şəkildə tənqid edən şəxslərin həbsi isə bitmək bilmir.
Bu dəfə saxlanılanlar arasında keçmiş deputat Əli Şəkuriradın da adı çəkilir. Məlumata görə, o, ötən bazar günü keçirilən toplantıda etirazlarla bağlı çıxış edib. Həmin çıxışın səs yazısı sosial mediada yayılıb və geniş müzakirələrə səbəb olub.
Şəkurirad çıxışında bildirib ki, aksiyalar zamanı baş verən zorakılıqlar təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunub və rəsmi izahatlar cəmiyyət tərəfindən inandırıcı qəbul edilmir. O, vurğulayıb ki, 400-ə yaxın şəhəri əhatə edən etirazlara milyon yarımdan çox insanın qatılması hakimiyyət üçün gözlənilməz olub.
visiontv.az