Bu haqda İran mediası məlumat yayıb.
O, məcburi hicab qaydalarını pozanlara və bunu mütəşəkkil şəkildə təbliğ edənlərin aşkarlanması və cəzalandırılması üçün göstəriş verdiyini bildirib.
Ejei vətəndaşların sərbəst geyim hüququnu "cinayət" adlandırıb və polis qüvvələrini də buna qarşı çıxmağa çağırıb:
"İran İslam Respublikasının Polis Komandanlığı da qanuna görə aşkar cinayətlərlə mübarizədə məsuliyyət daşıyır; xüsusən də bəzi hallarda bir sıra insanlar yarıçılpaq və ya çılpaq şəkildə dolanır; bu cür işlərə qanuni şəkildə baxılacaq".
Qulamhüseyn Möhsüni Ejei iaşə obyektləri, o cüməldən restoran və kafe sahiblərinə də xəbərdarlıq edib, məcburi hicab qaya xidmət göstərdikləri təqdirdə onlara qarşı da ölçü götürüləcəyini bildirib.
Bu, bir neçə gün əvvəl İran Kəşfiyyat və Təhlüksizlik Nazirliyinin ölkədə hicabın vəziyyəti ilə bağlı hesabatı Əli Xaməneiyə təqdim etməsindən sonraya təsadüf edir.
Hesabatla tanış olan İran rəhbəri bunu "şok edici" adlandırıb və əlaqədar dövlət qurumlarına məsələ ilə məşğul olmağı tapışırıb.
visiontv.az