Bu günlərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Favzan Musa Xan adlı Əfqanıstan vətəndaşının İsrailin Bakıdakı səfirliyinə hücum planlaşdırdığını aşkarlarlayaraq onu həbs edib.Hadisədən sonra İsrailin xarici işlər naziri Eli Kohen bildirib ki, Azərbaycanda İsrail səfirliyinə qarşı planlaşdırılan terrorun arxasında İran dayanır. İsrailli XİN başçısının sözlərinə görə, Azərbaycanda həbs edilən terrorçu İran tərəfindən maliyyələşdirilib və təlimatı birbaşa oradan alıb. Yeri gəlmişkən bu gün İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfəri başlayıb.
İsrail XİN rəhbərinin dediyi kimi Bakıdakı İsrail səfirliyinə hücum planının arxasında həqiqətənmi İran dövləti dayanır? Əgər belədirsə, Azərbaycanla diplomatik münasibətləri bərpa etmək istədiyini bildirən İranın belə bir addım artmasının səbəbi nədir? Millət vəkili Hikmət Babaoğlu Visiontv.az saytına açıqlama verib:
“Hər şeydən öncə qeyd eləmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidməti son dövrlərdə mühüm əhəmiyyətli təxribatların qarşısını alır və bu doğrudan da Azərbaycan vətandaşlarını qürurlandırır. Çünki, dövlətimizin bu vacib strukturu, ölkəmizə ixrac edilməyə çalışılan hər cür geri sabitliyə qarşı uğurlu mübarizə aparmağı bacarır. Bu hər şeydən öncə peşəkarlıqdır. Eyni zamanda bu, Dövlət Təhlükəsizliyi orqanları tərəfindən Azərbaycan Prezidentinin siyasətinin və etimadının doğrulmasıdır.
Qaldı ki, Əfqanıstan vətəndaşının Azərbaycanda teror törətmək cəhdlərinə, elə həmin terrorçunun ifşa olunduğu ərazinin özü özlüyündə terror obyekti ilə bağlı məlumat vermiş olur. Ona görə də buna təəccüblənmək lazım deyil ki, hansısa səfirlik hədəf idi. Əgər bu terrorun arxasından İran çıxacaqsa bu da Azərbaycanda heç kəsi təəccübləndirməyəcək.
Doğrudur hələlik Azərbaycanın rəsmi qurumlarının bu və ya digər səbəbdən bununla bağlı açıqlaması yoxdur.Amma mən əminəm ki onlara bəllidir ki, bu terroru kim törətməyə cəhd göstəribdir.Və nəzərə almaq lazımdır ki İsrail kifayət qədər ciddi bir dövlətdir. Onun Xarici işlər naziri heç vaxt bəyanət xatirinə fikir səsləndirməz. Onlarda dəqiq məlumat var ki, bu məlumatı ictimai şəkildə təqdim edirlər. Buna inanmaq lazımdır.
Şübhəsiz ona görədə mən düşünürəm ki hazırkı mərhələdə İsrail - Azərbaycan münasibətlərinin yeni bir keyfiyyət mərhələsinə qədəm qoymasını İran istəmir. İran daima İsrail - Azərbaycan münasibətlərini istismar etməyə çalışıbdır. İran daima Azərbaycanı bu və ya digər şəkildə ittiham etməklə əslində Azərbaycanın mövqeyini təhlükəsizliyini zəiflətməklə bərabər həm də eyni zamanda İranda yaşayan 30 milyon azərbaycanlının ictimai şüurunda Azərbaycanın mənfi obrazını yazmağa çalışıbdır. Ona görə ki, Azərbaycan xalqının milli təfəkkürü vahiddir.
Bu İranda yaşayan azərbaycanlılara da Azərbaycan Respublikasında yaşayan azərbaycanlılara da aiddir. Çünki biz bir millətik.Və İran da bilir ki bu ümumi ortaq milli təfəkkür milli dünya görüş şübhəsiz ki, Azərbaycanlıların lehinədir. Ona görə də bunu bölməyə və İranda yaşayan 30 milyondan çox Azərbaycanlının hələ bundan sonra da əsarətində saxlanılır. İran dövləti, onların hüquqlarına qarşı aqressiv hərəkətlər edir, onların hüquqlarını tapdalayır və bu məsələdə də İsaril - Azərbaycan münasibətlərini manipulyasiya edərək ordakı azərbaycanlıların milli enerjisini istismar edir.
Yəni ordakı soydaşlarımızın Azərbaycan xalqı ilə bənzərliyini, identipliyini ortaq şüurunu yox eləmək üçün məhsəb radikallığı və İsrail kartını istifadə edir. Bu əsl denatifikasiya cəhdləridir.Yəni, bir millətin milli şüurunu əldən almaq cəhdləridir.Məsələnin mahiyyəti bundan ibarətdir. Amma şübhəsiz ki, bu əbəs cəhddir. Ona görə ki, əsrlər boyu Azərbaycan xalqına qarsı heç kəs belə məqsədlərinə çata bilməyibdir.Ancaq əlbəttə ki, bu gün beynəlxalq münasibətlər sistemində hər bir millətin və hər bir dövlətin özünün maraqları var.
İsrail, Azərbaycana dost ölkə olduğunu bizim tarix qarşısında ən çətin imtahan verdiyimiz dövrdə sübut edibdir. Bunu Cənubda yaşayan azərbaycanlılar da Şimalda yaşayan azərbaycanlılarda bilirlər. Bunu bütün dünya bilir. İran Ermənistana kömək edəndə, erməni işğalını dəstəkləyəndə İran bu gün də regional kommunikasiyaların açılmasını rədd edib bunu qırmızı xətt adlandıranda İsrail Azərbaycanın yanında olubdur.
Bunu İrandakı soydaşlarımız da görməlidirlər görürlər və qiymətləndirməyi də bacarmalıdırlar.Ona görə də bu gün İsrail -Azərbaycan münasibətləri hər iki dövlətin hər iki dost xalqın maraqları kontekstində aktualdır.
Biz İsrailin Müdafiə nazirinin Azərbaycanda olmasını da alqışlayırıq. Bu, bizim gücümüzə güc qatacaqdır. Müdafiə və təhlüksizlik qabiliyyətini daha da artıracaqdır.”
Bünyamin Bünyadzadə