Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib
30.10.2026

Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib.

 Bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident  Administrasiyasının  Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımda qeyd edib.

O, amerikalı professor Ceffri Saksla Bakıda keçirdiyi görüşdən bəhs edərək  Azərbaycanın müstəqilliyinin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdikdən sonra  Xəzər dənizindən   Avropaya yaşıl dəhliz qurduğunu və ölkənin öz hekayəsini yenidən yazdığını bildirib.

Hikmət Hacıyev Ermənistanla sülh, Xəzərin dərinliklərindəki 800 giqavatlıq külək enerjisi potensialı və COP29 barədə də fikirlərini bölüşüb. Paylaşımda Ceffri Saksın sülh və süni intellektlə bağlı papanın ensiklopedik məktubunu təqdim etdiyi qeyd olunub.

visiontv.az