Ermənistan sülh istəyirsə, soydaşlarımızın öz el-obalarına dönmələrinə maneçilik törətməməlidir
Ermənistan sülh istəyirsə, soydaşlarımızın öz el-obalarına dönmələrinə maneçilik törətməməlidir
20.06.2025 Sahib Alıyev Tərəfindən

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ombudsmanların Bakıda keçirilən Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində "keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan – Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalması" faktına da diqqət yetirilməli olduğunu vurğulaması hayları yenə narahat edib.

Daha dəqiqi onlara ən çox dəyən dövlət başçımızın "Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir" cümləsidir ki, o da təbiidir. Çünki Levon Ter-Petrosyanın dediyi o 600 illik arzularının nəticəsi olan monoetnikliyin sonunun gəlib çatdığını görürlər. Təcrübədən bilirlər ki, əgər Azərbaycan Prezidenti qarşısına hər hansı məqsəd qoyur, üstəlik də onu açıq şəkildə səsləndirirsə, deməli reallaşdıracaq, sadəcə geci-tezi var. Cənab İlham Əliyev isə sözü gedən müraciətində Qərbi Azərbaycandan olanların öz dədə-baba yurdlarına qayıtmalarını "bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərt" adlandırır. Yəni açıq şəkildə diqqətə çatdırır ki, qarşı tərəf doğrudan da sülh istəyirsə, soydaşlarımızın öz el-obalarına dönmələrinə maneçilik törətməməlidir.

Millət vəkili Sahib Alıyev

visiontv.az