Erkin bəy hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə deməli...
Erkin bəy hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə deməli...
26.01.2023 Hikmət Babaoğlu Tərəfindən

Erkin Qədirlinin  sosial şəbəkələrə verdiyi açıqlamasında öz  deputatlıq statusunu şübə altına alan fikirlər bildirməsi ziddiyətli və anlaşılmazdır.

Ona görə ki, Erkin bəy siyasiətçi olmaqla bərabər həm də hüquqşunasdır  və səsləndirdiyi fikirlərin hansı hüquqi nəticələr döğura bilməsi ilə bağlı aydın təsəvvürləri var. Məsələn, nəticəsinə hüquqi baxımdan şübhə etdiyi  seçkilərin ona verdiyi mandatı qəbul etməsi  onun hüquqa münasibətinin göstəricisi hesab oluna bilər. Yəni Erkin bəy hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə deməli o hüquqa da  hörmət etməmiş hesab oluna bilər. Yaxud demokratik hesab etmədiyi seçkinin nəticəsini qəbul edirsə deməli siyasətçi kimi onun demokratiyaya da münasibəti birmənalı qəbul olunmaya  bilər. Ona görə də belə məsələlərdə diqqətli olmalı və təmisil olunduğumuz Milli Məclisin nüfuzu və legitimliyi ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik. Nəticə etibarilə bu həm də deputatlara səs vermiş seçicilərin səslərinə hörmətsizlik kimi qəbul edilə bilər.

millət vəkili Hikmət Babaoğlu

visiontv.az