Ərdoğan imperiya yaddaşına sahib olan bir dövlətin içindəki cini azadlığa buraxdı
Ərdoğan imperiya yaddaşına sahib olan bir dövlətin içindəki cini azadlığa buraxdı
24.11.2021 Müşfiq Məmmədov Tərəfindən

Türkiyədə son zaman baş verən devalivasya türk xalqı ilə bərabər bizi də narahat edir. Səbəb nədir?

Səbəb, Türkiyə hökümətinin seçdiyi inkişaf xəttidir.

Ərdoğan hakimiyyəti dinamik gənc nəsil və imperiya yaddaşına sahib olan bir dövlətin içindəki cini azadlığa buraxdı. O cin isə cox ciddi bir şəkildə sənayeləşməyə gətirib çıxardı. Dünya siyasətində hələ də alçaq səslə də olsa sözünü deməyə başladı. Bu isə Qərbi narahat edir. Qərbə güclü və dünyanın siyasi xəritəsində yerini və  haqqını istəyən şərq ölkəsi lazım deyil. Xüsusən də bu ölkə ambisiyalara sahib Türk dövlətidirsə.

Biz anlamalıyıq ki, demokratiya Qərb və inkişaf etmiş ölkələrin özlərinin ərsəyə gətirdiyi, onlara xas olan sosial siyasi quruluşdur. Bizləri isə eyni qüvvələr demokrat görmək istəmirlər. Çünki, inkişaf etməyən bir Şərq lazımdır onlara. Onlar, demokratik prinsipləri bizi kiçiltmək, gücsüz salmaq, qeyri-stabillik yaratmaq, kontrol altında saxlamaq  üçün istifadə edirlər.

Qərb dövlətlərinin hər birində 2-3 siyasi partiya olduğu halda, bizim kimi ölkələrdə 20-30 siyasi partiya mövcuddur.  Bu söz və fikir azadlığı deyildir. Qeyri-stabilliyin mənbəyidir. Qərb ölkələrində sədr və qoltuğundaki qovluqdan ibarət partiyalara şərait yaradılmadığı halda, bizdə qərb  kiçik partiyaları və bölünmələri təşviq edir.

Yuxarıda qeyd etdiyim səbəblərdən Türkiyə Cümhuriyyəti uzun illər koalisiya höküməti adı altında oynanılan oyunlardan əziyyət çəkdi və inkişaf edə bilmədi. AK Partiya isə tək başına iqtidara gəlməsi ilə inkişafın yolunu açdı.

Devalivasiya  bu oyunun bir hissəsidir.

Amma mən inanıram ki, Türk xalqı və hakimiyyəti bu hücumun qarşısını layiqincə alacaqdır. Başqa seçim yoxdur zatən.
İddialısansa mübarizəyə hazır olmalısan.

Siyasi şərhçi Müşfiq Məmmədov

Visiontv.az