"Bizim elmə heyranlığımız, elmsizlikdən çəkdiyimiz ziyandan daha böyük ziyan vurur."
Deyirlər, kimdə nə çatışmırsa, ona həsədlə baxır və bəzən hətta pərəstiş edir.
Elmə əlimiz çatmadığına görə, biliyi, məlumatı elmin yerinə qoyub, ona sitayiş edəcək dərəcədə müti oluruq.
Sanki hər şeyin çarəsi elmdə imiş.
Elmdə önə çıxmaq doğrudan da çox çətindir. Elmi təcrübələr kiçik dövlətlər üçün əlçatmaz olacaq dərəcədə çox xərc tələb edir. Ona görə də Elə - ancaq elmdən qazanc götürən dövlətlər maya qoyur. O birilər isə ya görüntü yaradır, ya da nəticə etibarilə sadəcə böyüklərin dəyirmanı üçün çalışırlar. Özləri də fərqində olmadan...
Və bu elm canfəşanlığı prioritetləri yanlış istiqamətə yönəldir. Əsl dəyərlər dəyərsizləşir...
Və bununla fəlsəfə, din və ədəbiyyatı aşağılamaq və ya onları da "elmiləşdirmək" kimi yanlış bir meylin qurbanəna çevrilirik...
P.S. Nə olsun ki, Qərbdə elm var, bizdə də sevgi var: hətta elmə də.
P.P.S Hətta Dini də elmiləşdirməyə çalışırlar... Sanki onu şərəfləndirirlərmiş.
Əslində isə Din və Elmin hərəkət istiqamətləri də fərqlidir: Biri göydən yerə, o biri - yerdən göyə.
professor Səlahəddin Xəlilov
visiontv.az