Hörmüz boğazından keçmədən neft nəqlini mümkün edən bu sazişə əsasən, tədarük Oman körfəzi sahilində yerləşən Fuceyra limanı vasitəsilə həyata keçiriləcəkdir.
Fuceyra limanı BƏƏ-nin neft yataqları ilə birbaşa boru kəməri vasitəsilə birləşdirildiyi üçün yanacaq daşınmasında strateji alternativ hesab olunur. Bu marşrut logistik risklərin azaldılması üçün mühüm amil kimi dəyərləndirilir.
Xatırladaq ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri neft hasilatı üzrə kvotaları tənzimləyən OPEK və OPEK+ formatlarından çıxdığını bəyan edib.
visiontv.az