Əfqanları şəriət qanunları seçimində günahlandırmaq fransızları liberalizmdə günahlandırmağa bənzəyir
Əfqanları şəriət qanunları seçimində günahlandırmaq fransızları liberalizmdə günahlandırmağa bənzəyir
18.08.2021 Müşfiq Məmmədov Tərəfindən

Dünyanın coğrafi mərkəzi olan Əfqanıstanda nəhayət ki, tək hakimiyyətlilik bərqərar olacağına bənzəyir. Hər nə qədər Qərb və bəzi ölkələr qəbul etməsələrdə "Taliban" qalibdir. Qaliblər müzakirə olunmur deyə bir söz var. Amma "Taliban" elə bir qalibdir ki, müzakirə üçün çox böyük material vermişdir. 

Əfqan rəsmi höküməti ölkəni tərk etdi, demək olar ki qaçdı. Əfqan ordusu döyüşlərdə məğlub oldu, hətta bəzi cəbhələrdə vuruşmaqdan boyun qaçırdı. 
Dünya ölkələrində "Taliban"ın iş başına gəlməsi birmənalı şəkildə qarşılanmadı. Bəzi ölkələr öz rəsmi münasibətlərini artıq bildiriblər. Taliblərlə rəsmi münasibət qura biləcəklərini deyənlərdə oldu, birmənalı şəkildə diplomatik münasibət qurmaq istəməyənlər də. 

Məncə bu Əfqan xalqının öz seçimidir və seçimə hər kəs hörmət etməlidir. Görünən budur ki, bəlli kiçik bir qrupdan başqa geniş xalq kütləsi taliblərə etiraz etmir və onların hakimiyyətini qəbul edir. Etiraz  etsə idi ordu belə qısa zaman ərzində təslim olmazdı. Baxmayaraq ki, 20 ildir Amerika ordusu tərəfndən təlimlər görmüş və silahlandırılmışdır. 

Qərb ölkələri "Taliban"ı birinci hakimiyyətləri dövründə tətbiq etdikləri sərt şəriət qanunları , əl kəsmələr, qadın və insan hüquqlarını heçə saydıqlarına görə qınayır və məhkum edirlər. 

Hər mədəniyyətin dünyanı qavramaq anlayışı vardır və bu anlayışa söykənən, həyat tərzindən qaynaqlanan və o cəmiyyətin özünü rahat hiss etdiyi qanunları doğar. Xalqları niyə belə qanunlarla yaşamağı seçdiyinə görə qınamaq düzgün və sağlam yanaşma deyildir.  Əfqan xalqını şəriət qanunları seçimində günahlandırmaq fransızları liberalizmi dəstəkləməsində günahlandırmağa bənzəyir. Bu onların seçimidir.

Eləcədə, Əfqan xalqını qınamaq və ya onların gələcəyi haqqında pessimist proqnoz vermək yanlışdır. Qərb düşüncəli insan üçün orda baş verənlər dəhşətverici olsa da Əfqan xalqı halından məmnun görünür. 

Ölkədən qaçmağa çalışanlarda vardır təbii ki, bu istənilən ölkədə rejim deyişikliyi baş verərkən keçmiş rejimin iş birlikçilərinin qaçışından başqa bir şey deyildir. Dünyada nümunələri çoxdur.

"Taliban"ın mətbuat katibi Süheyl Şahin Türkiyənin “A Haber” kanalına verdiyi müsahibəsində Türkiyəni qardaş ölkə adlandırması və qardaşının orada olmasını çox gözəl bir şey olduğunu söyləməsi Türkiyə cəmiyyəti tərəfindən bəzi etirazlarla qarşılandı. Belə “qan içən” bir rejimin özünü Türkiyə dövlətinin qardaşı sayması pis qarşılandı. Sual doğur. Demokratik Fransız dövlətinin Afrikada törətdiyi cinayətlərin, Rusyanın Qafqaz və Orta Asiya da törətdiyi sayısız sorqırımları, Amerikanın və Çinin törətdiyi geniş miqyaslı 10-larla soyqırımlar, "Taliban"ın öz ölkəsi daxilində törətdiyi kiçik miqyaslı, lokal cinayətlərdən dahamı kiçik və məsum görünür?

Düşünürəm ki, Türkiyə və Azərbaycan bu yeni şəraitdə xalqın geniş etirazları ilə qarşılaşmayan yeni rejimlə normal diplomatik əlaqələr qurmalıdır. Öz milli mənafeyimiz üçün hərəkət etməli, Əfqanıstanın potelsialından istifadə edərək yeni bazar əldə etməli, bölgədəki türk xalqları üçün türk tədris mərkəzləri açmalı, məmurlar yetişdirməli və ən önəmlisi isə Şimali Əfqanıstanda Güney Türküstan muxtariyyətinin və ordusunun rəsmi təməllərinin atılması üçün şərait formalaşdırılmasına çalışmalıdır. 

Ölkədəki rejim seçimini isə yerli xalqın özünə buraxmaq lazımdır. Azad seçim və seçimi üçün mübarizə aparmaq demokratiyanın əsas təməl daşlarındandır.

Siyasi şərhçi Müşfiq Məmmədov
Visiontv.az