Deyir Azərbaycanda satılan bir enerji içkisi içərisində sildenafil aşkar edilib. Ona görə də, bu içkilər bazardan toplanaraq məhv edilib. Yaxşı nədir bəs bu sildenafil?
Sildenafil damar divarındakı hamar əzələlərin tonusunu azaldaraq onun genişlənməsinə, bu isə toxumalara daha çox qan çatmasına səbəb olur. Bu effektə görə ondan cinsi zəifliyin aradan qaldırılması üçün istifadə olunur. Əmması da odur ki, ürək damar sistemi xəstəlikləri olan şəxslər bu maddəni qəbul etdiyi zaman damar genişlənməsi nəticəsində ürəyə daha çox yük düşür və bu ürək tutmasına və ölümə səbəb ola bilər. Məsələ bu maddənin enerji içkisi içərisinə üzərində bəyan edilmədən qatılmasıdır. Yaratdığı effekti də jenşen bitkisinin boynuna qoyurlarmış .
Neandertal
visiontv.az
