“Daim Ermənistana dəstək olan Fransanın özünün bu gün dəstəyə ehtiyacı var…”
“Daim Ermənistana dəstək olan Fransanın özünün bu gün dəstəyə ehtiyacı var…”
05.07.2023 Hikmət Babaoğlu Tərəfindən

Daim demokratiya carçısı kimi çıxış edən Fransada başlayan və hazırda davam edən qarşıdurmalar niyə bu qədər genişmiqyas aldı? Ermənistana hər zaman açıq dəstək göstərən Fransanın son hadisələr fonunda sülh danışıqlarına hər hansısa bir təsiri ola bilərmi?

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlunun Visiontv.az saytına açıqlaması:

“30 illik münaqişə dövrünə və İkinci Qarabağ savaşında daima Ermənistana dəstək olan Fransanın özünün bu gün dəstəyə ehtiyacı var. Çünki, Fransa özü vətəndaş müharibəsinin bir addımlığındadır. Vəziyyətin bu qədər gərginləşməsinin səbəbkarı Makron hökumətidir. 

Baş verən hadisələr konteksində bütün dünyaya demokratiya dərsi vermək istəyən Fransanın nə qədər anti – demokratik, insan haqlarına qarşı nə qədər amansız dövlət olduğunun şahidi olduq. 

Bu gün Fransada baş verən bu hadisələrin səbəbi, yenə də vətəndaşların etnik, irqi və fərqliliyinə görə ayrı – seçkiliyə məruz qalmasının nəticəsidir. Fransanın 67 milyon əhalisi var. Bu əhalinin də 15 milyona yaxını qeyri – fransızlardır.

Onların da böyük bir hissəsini Şimali Afrikadan və Yaxın Şərqdən olan ərəbmənşəli Fransa müstəmləkəsi olan ölkələrin vətəndaşları təşkil edir.Məsələ ondadır ki, Fransa hökumətinin onlara ədalətli davranmaması, ən böyük anti – demokratik addım olaraq onları təzyiq altında saxlaması Fransız əsilli vətəndaşlarla qeyri – fransızlara fərq qoyması ölkədə vətəndaş müharibəsini yaradıbdır.
Bu da Fransanın aqibətinin necə olacağı barədə müəyyən təəssüratlar yaradır.  

Ona görə də Fransa rəhbərliyi, konkret olaraq Makron,  tez – tez Cənubi Qafqaza təsir etməkdənsə, erməniləri dəstəkləməkdənsə və daşnaklarla görüşməkdənsə bir dəfə də Əlcəzair vətəndaşları ilə görüşsə yaxşı olar. Afrika kökənli Fransa vətəndaşları ilə görüşüb onların problemlərini dinləsə daha yaxşı olar.”

Bünyamin Bünyadzadə
Visiontv.az