İran Ordusunun baş komandanının müavini, kontr-admiral Həbibullah Səyyari ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün quru əməliyyatı ilə bağlı sərt bəyanat verib.
Səyyari bildirib ki, ABŞ İrana qarşı quru əməliyyatı başlatmaq qərarına gəlsə, Amerika əsgərləri "çıxışı olmayan cəhənnəmlə" üzləşəcəklər.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri xalqın dəstəyi ilə ölkənin müdafiəsinə tam hazırdır və ABŞ ordusu İran sahillərinə qoşun çıxaracağı təqdirdə bunun ağır nəticələri olacaq.
"ABŞ prezidentinə cavabımız aydındır: Cəsarətiniz çatırsa, gəlin!" – deyə kontr-admiral Səyyari vurğulayıb.
visiontv.az