Sirkdəki şir ilə heyvanxana şirinin fərqi var.
Heyvanxanada kı şir, azadlığını itirməsinə baxmayaraq vəhşi təbiətini qorumuş, amma qəfəsə salınmışdır.
Sirk şiri isə gülüncdür. Çünkü bir kilo ət qarşılığında insanları əyləndirir. Tamaşaçıları əyləndirmək üçün nərildəyər, tullanar-düşər. Nərildəyər amma dişləməyə cəsarəti çatmaz. Bu onun üçün təbiidir, çünkü oyunbazlıq onun genlərindədir. Amma hiyləgərdir.
İran sirk şiridir.
İranın bizə qarşı səsləndirdiyi ittihamlar öz yaradılışı qədər gülünc səslənir.
İsrail ilə dostluqda bizi günahlandıran İran yəqin ki, İran–İraq müharibəsində İsrailin və Amerikanın köməyi ilə qalib gəldiyini unutmamışdır. İsrailin limanlarından İrana daşınan yüklər, İranın xüsusi xidmət orqanlarının iranla işbirliyi unudulmazdır. Hətta Ocaq Necatın müharibə zamanı İsrail də təlim gördüyü də danılmaz faktdır. Bu siyahını çox uzatmaq olar.
İranın rəsmilərinin dilindən səsləndirilən Əfqanistanın, İraqın xarici güclər tərəfindən işğalında oynadığı rol danılmazdır. Səddam Hüseyin dar ağacına gedərkən boş yerə “İrana güvənməyin” sözünü vəsiyyət olaraq deməmişdir? Azərbaycan hər zaman bu ikiüzlü siyasətin fəqində olmalı və ona görə addım atmalıdır. Bu gün Suriyada axan hər damla günahsız qanda İranın payı vardır. Milyondan çox öz vətəndaşını qətlə yetirən birini sırf ələvi olduğu üçün müdafiə etmək islam deyildir. Bunu bəzi şiə alimləridə təsdiqləməkdədirlər.
İranın Azərbaycan qarşı siyasətini 2 mərhələyə bölmək olar.
44 günlük müharibəyə qədər olan və müharibədən sonraki dövr.
İranın yalnızca Azərbaycanı öz ərazisi kmi gördüyünü düşünmək yanlış olardı. Əslində isə onlar Ermənistan da öz tarixi ərazisi saymaqdadırlar. Sadəcə olaraq bu iki ölkəyə yanaşma tərzi başqadır. Bizim İran ərazisindəki dövlətlərin qurucu milləti olaraq potensialımızı bilirlər və oyanmamağımız üçün özünü cana yaxın göstərməyə çalışırdılar. Millətimizdə məğlub sindromu və özünə güvənsizlik yaratmaq üçün tez -tez molları vasitəsiylə hakimiyyətimiz kompetent olmadığını vurğulamaq, “müğənnilər” ilə torpağın alına bilinməyəcəyini, belə bir qələbənin ancaq “böyük qardaş” Iranın hamiliyi altında “hüseyinçilər” tərəfindən gerçəkləşdirilə biləcəyi təəsuratını yaratmağa çalışılırdı. Çünkü zəif və təhqir edilmiş, özünə inamını itirmiş Azərbaycanı zamanı gəldiyində işğal etmək çox daha rahat idi.
Ermənistanın isə Rusiyanın nəzarətində olduğunu və işğalının mümkünsüzlüyünü bildiyi üçün yaxın hədəfdə Azərbaycanın zəif qalması üçün istifadə edir, uzaq hədəfdə isə gələcək işğalına zəmin yaratmaq üçün fəaliyyət göstərirdilər. Günü gəldiyində Ermənistana qarşıda ərazi iddiası ilə çıxış edəcəkləri qaçınılmazdır.
44 günlük müharibə başladığı zaman problemin onun iştirakı olmadan həll ediləcəyini görən İranın xəfiyyə şəbəkəsi Qarabağın hansısa “hüseyinçilər” tərəfindən azad edildiyi fikrini güclü şəkildə yaymağa çalışdı. Bu cəhd də iflasla nəticələndi. Ardından yenə şəhid və muharibə videolarında arxa fonda irana məxsus mərsiyələr səsləndirilməklə izləyəcinin şüur altına xitab edərək, guya şəhidlərin İran dini idealogiyasına sahib olduqlarını cəmiyyətə sırımağa çalışırlar. Bu proses bu gündə davam etməkdədir.
Müharibə sonrası isə oyun dəyişdirdi. Əsil xisləti üzə çıxdı. Artıq qalib və güclü müttəfiqləri olan bir Azərbaycan vardır. İranın iştirakı olmadan Zəngəzur yolunun açıla biləcəyi, Türkiyə və Avropa ilə əlaqələrimizin güclənəcəyi, artıq “böyük qardaş” tövsiyələri verə bilməyəcəyini başa düşdüyü üçün indiyə qədər bizə qarçı gizli oynadığı kartlarını açmağa məcbur oldu. Ümumiyyətlə Türkiyənin quru yolu ilə digər türk dövlətlərinə çıxışının olması İranın yuxusunda da qorxduğu bir kabusdur.
Azərbaycanın müstəqil olduğu hər gün İranın sonunu bir gün yaxınlaşdırır!!
Son zamanlar Xamneyinin “Qarabağ islam torpağıdır” deməsi ilə bağlı fikir səsləndirilir. Əslində nə zaman və harda dediyi haqqında sübut da yoxdur. Amma heç sual edilmir ki, niyə aydın şəkildə mövqe bildirərək “Qarabağ Azərbaycan torpağıdır” ifadəsi yerinə mücərrəd “islam torpağıdır” deyilmişdir. Cünki bu İranın gələcək işğal planlarına zəmin yaratmaqdadır. Yəni ki, Azərbaycan adında vahid siyasi anlayış yoxdur. Onun yerinə Qarabağ, Şirvan, Aran kimi İrandan qopmuş coğrafi anlayışlar vardır.
Bu günki İranın idarə üsuluna baxdığımız zaman sovetin politbürosundan fərqli olmadığı görülməkdədir. Eyni taleyi yaşayacağı da qaçınılmazdır.
İranın ölkəmizdə yaratdığı xəfiyyə və diversiya şəbəkəsinə qarşı sərt tədbirlər alınmalıdır, düşüncəmə görə hələ gecikmişikdə. Çox gənc beyinlər fərqində olmadan gizli fars milliyətçiliyinin tələsinə düşməkdə davam edir.
C.Məmmədquluzadə demişkən “İran nəmənə yerdiki şalvarının balağını çirmələyib Arazı bu taya keçən hər kəs bizə din öyrədir?”.
Öz ölkəsində heç bir inkişafa imza ata bilməyən bir hakimiyyət xalqının boğazından kəsərək başqa müsəlman ölkələrində din qardaşlarının qanının axmasına maliyyə dəstəyi verməkdədir.
Unutmayaq, Qarabağı heç bir “Hüseyniyun” və ya “Fatimiyyun” kimi terror təşkilatları almadı. Qarabağı damarlarındakı axan qana güvənən Azərbaycan övladları aldı.
Sirk şiri isə dünyanı güldürməyə davam etsin.
Siyasi şərhçi Müşfiq Məmmədov
Visiontv.az