Yarışa hazırlıq yaxşı səviyyədə gedir.
Bu sözləri Azərbaycanın MMA döyüşçüsü Fərman Həsənov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirinə hazırlığı ilə bağlı danışarkən deyib.
O, Mayamidə təlim-məşq toplanışı keçdiyini bildirib: "Döyüşə üç həftə qalmış hazırlıq Bakıda olacaq. İlk dəfə mənə UFC-də iştirak təklifi gələndə çox sevindim. Mənim üçün sürpriz oldu. Bu döyüşə hazır olduğumu düşünürəm. Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir. İnanıram ki, rəqibimi məğlub edəcəyəm".
Qeyd edək ki, UFC-də debüt edəcək Fərman Həsənov Bakıdakı döyüş gecəsində yarımorta çəkidə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək. Turnir iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək