Bizdə sosialogiyanın niyə sadəcə surroqatı var
Bizdə sosialogiyanın niyə sadəcə surroqatı var
29.06.2022 Səlahəddin Xəlilov Tərəfindən

Qərbdə sosiologiya ən önəmli sahələrdən biridir.

Türkiyə bu sahədə bizdən irəlidə olsa da, Qərbdən çox geri qalır.
Kim isə soruşa bilər ki, niyə, - axı Qərb sosiologlarının yazdıqlarını biz də öyrənmirikmi?
Elə bütün məsələ də ondadır ki, biz Qərb sosiologiyasını köçürüb-öyrənirik. Amma sosiologiya praktik sahədir və hər zamanın və hər ictimai bölgənin, mühitin öz sosioloji analizi olmalıdır.
Konkret bir misal, plagiat Qərbdə yayğın deyil, bizim ictimai mühitdə isə çox ciddi amilə çevrilib. Elə isə onun sosial-əxlaqi analizini də Qərb sosioloqlarınınmı boynuna qoyaq?
Ötəri bir baxış:
Ənənəvi əxlaqda sadəcə oğurluq anlayışı var: korrupsiya da, rüşvət də, plagiat da onun müasir növləridir. Korrupsiya - dövlət əmlakını mənimsəmək və ya büdcədən oğurlamaqdaır, rüşvət - vəzifə səlahiyyətləri çərçivəsində dövlətin və başqa insanların mənafeyini (oğurlayıb) satmaqdır. Plagiat əqli əmlakın oğurlanmasıdır. Başqasına yazdırmaq - sadəcə özgə əməyini satın almaq deyil, həm də dövləti və başqalarını aldatmaqla, mövqeyə, ada layiq olanların haqqını oğurlamaqdır və s.
Və bir də milli mənəviyyatın dədə malı kimi satılması var ki, bu da çox yayılıb və əxlaqsızlığın bir forması kimi ayrıca izah olunmalıdır.

Professor Səlahəddin Xəlil

visiontv.az