“Əl-Ərəbiyyə” telekanalı Suriyanın keçmiş prezidenti Bəşar Əsədin sabiq media müşaviri Luna əş-Şəbəl ilə birlikdə çəkilmiş bir neçə videosunu paylaşıb. Kadrlar Əsədin şəxsi söhbətlərində sərt ifadələr, təhqirlər və istehza dolu məqamları üzə çıxarır.
Videolardan birində Əsəd Hizbullah barədə danışarkən Quta bölgəsinin etirazçılarını təhqir edir. Digər görüntülərdə Əsəd və əş-Şəbəl səfər zamanı onun əlini öpən Suriya əsgərlərini lağa qoyurlar.
Başqa bir görüntüdə Əsəd müşavirinin küçələrdə şəkillərini görəndə hansı hiss keçirdiyini soruşur. Luna əş-Şəbəl isə “Heç bir hissim yoxdur” cavabını verir.
Kadrlar Əsəd və müşavirinin Suriya polisi və daxili işlər naziri ilə bağlı istehzalı dildə danışdıqlarını göstərir. Görüntülərin birində Əsəd Suriyadakı vəziyyət haqqında “Təkcə utanc deyil, ikrah hissi də keçirirəm” deyə bildirir. O, öz soyadını da ələ salaraq “Bu soyadı dəyişmək lazımdır, başqa heyvan adı ilə daha uyğundur” deyə zarafat edir.
visiontv.az