Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
15.05.2026

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.

14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda 15 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək  Rusiyadan  Ermənistana  Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan  Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək  Azərbaycandan  Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton  Aİ-95 benzini ixrac olunub.

visiontv.az