Azərbaycan Hava Yolları (AZAL) Bakı–Dubay istiqamətində uçuşları bərpa edib.
Bu barədə AZAL rəsmi sosial media hesablarında paylaşım edib. Bildirilib ki, reyslər bu gündən etibarən yenidən həyata keçirilir və uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək. Bununla da sərnişinlər Dubai şəhərinə müntəzəm aviareyslərlə səyahət edə biləcəklər.
Bakı–Dubay marşrutu üzrə uçuşların bərpası sərnişinlər üçün həm turizm, həm də biznes səfərləri baxımından əlavə imkanlar yaradır. AZAL-ın həftəlik müntəzəm reysləri sayəsində sərnişinlər bu istiqamətdə daha rahat səyahət edə biləcəklər.
Qeyd edək ki, Yaxın Şərqdə hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL fevralın 28-də Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.
visiontv.az
Kiyevdə Rusiya ordusunun vurduğu binanın dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb