Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
15.05.2026

Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Azərbaycana səfər edəcək.

Bu barədə  Visiontv.az  Çin  Xarici  İşlər  Nazirliyinə (XİN) istinadən xəbər verir.

Səfər 17-18 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak etmək üçün baş tutacaq.

visiontv.az