ABŞ İran müharibəsinə görə Baltik ölkələrinə sursat tədarükünü təxirə salıb
15.05.2026

ABŞ İranla müharibə nəticəsində Amerika arsenalının tükənməsi səbəbindən Baltikyanı ölkələrə bəzi sursatların çatdırılmasını təxirə salıb.

Bunu  ABŞ dövlət katibinin  Avropa və  Avrasiya məsələləri üzrə müavininin köməkçisi Kristofer Smit Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə təsdiqləyib.

“Müəyyən növ sursatların tədarükü təxirə salınıb. Bu barədə  Estoniya və  Litva kimi müttəfiqlərimizə məlumat vermişik”, – deyə amerikalı diplomat bildirib.

O qeyd edib ki, konkret sursat növləri ilə bağlı detalları Pentaqon açıqlamalıdır.

visiontv.az