Azərbaycanda Genişzolaqlı İnternetin sürətində 5 pillə irəlidi
Azərbaycanda Genişzolaqlı İnternetin sürətində 5 pillə irəlidi
18.05.2025 Elvin ABBASOV Tərəfindən

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın aprel ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 76,87 Mbit/s-ə çatmışdır. Bu, illik sürətin 96% artımı deməkdir. Qeyd edim ki, ötən ilin aprel ayında bu göstərici 39.24 Mbit/s idi.

Bu dinamikanın əsas səbəbi “Onlayn Azərbaycan” layihəsidir. Xatırladım ki, lahiyə müddətində ölkə üzrə ev və biznes təssərüfatlarının genişzolaqlı internetə çıxışı 13 dəfə artırlıb və 230 mindən 4 il ərzində 3 milyona çatdırılıb.

Əlavə olaraq qeyd edim ki, layihənin əsas operatoru olan “Aztelekom” “Ookla” tərəfindən ölkəninz ən sürətli internet provayderi seçilib və “İDATE” tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” mükafatına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə yerli şirkətə təqdim edilib.

Bir bunu deyən yazı "Fixed Broadband Rank +5 86 Download 76.87 Mbps 1 Upload 77.56 Mbps 90 90 Latency 5 ms 60 30 30" şəkili ola bilər

Elvin Abbasov

visiontv.az