Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar
16.12.2025

Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib.

“Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirik”, - Türkiyə Prezidenti qeyd edib.

Visiontv.az