Avqust
01.08.2024

Doğulanda ona Qay Oktaviy Furin adı verilmişdi. İmperator olunca adını dəyişdirərək Avqust oldu. Yeni adı "əziz tutulmuş", "təqdis edilmiş", "möhtərəm" anlamına gəlirdi.

7-ci ay Yuliy Sezarın şərəfinə "İyul" adlandırılmışdı. Ögey atası Yuliy Sezardan geri qalmaq istəmədi - doğulduğu 8-ci aya "Avqust" adı verildi. Bununla da kifayətlənmədi, iyul kimi avqustun da 31 gün olmasını istədi.

Şəkilin açıqlaması yoxdur.

Bir çox Roma İmperatoru aylara adlarının verilməsini istəsələr də bu şərəfə ancaq iki nəfər- Sezar və Oktaviy layiq görülmüşlər…

Qay Oktaviy (Oktavian) Avqust (e.ə. 63 - b.e. 14) böyük dövlət xadimi idi - Roma İmperyasının əsasını qoymuş, 1-ci Roma İmperatoru olmuş, dəfələrlə Konsul və Böyük Pontifik seçilmişdi.

İbrahim Nəbioğlu

visiontv.az