Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır
13.07.2026

Ağ Ev Hörmüz boğazı ətrafında İranla günlərlə, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurmaya hazırlaşır. Bu barədə Axios nəşri ABŞ rəsmilərinə istinadən xəbər verib.

Məlumata görə, əvvəlcə İranın raket imkanlarını zəiflətmək və nüvə proqramının qalan hissəsini məhv etmək məqsədi daşıyan əməliyyatlar indi Hörmüz boğazı üzərində uzunmüddətli qarşıdurma mərhələsinə keçib.

ABŞ rəsmilərindən biri Axios-a bildirib ki, münaqişənin müddəti və intensivliyi tamamilə Tehranın növbəti addımlarından asılı olacaq. Onun sözlərinə görə, İran Hörmüz boğazında ticarət gəmilərinə hücumları davam etdirərsə, qarşıdurma bir neçə gün, bir həftə və ya hətta bir ay davam edə bilər.

visiontv.az